Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
OPEC-in yeni hesabatı: Qlobal enerji istehlakı rekord həddə çatacaq - BBN

OPEC-in yeni hesabatı: Qlobal enerji istehlakı rekord həddə çatacaq

OPEC 2050-ci il üçün qlobal enerji proqnozunu açıqlayıb.

BBN.az xəbər verir ki, OPEC-in hesabatına görə, əhali artımı və iqtisadi yüksəliş səbəbindən gələcəkdə qlobal enerji tələbatı artmaqda davam edəcək.

2050-ci ilə qədər dünya əhalisinin 9,7 milyarda çatacağı, qlobal iqtisadiyyatın isə ikiqat böyüyəcəyi gözlənilir. Bu fonda dünya enerji istehlakı 23 faiz artacaq. Neft və təbii qaz qlobal enerji bazarındakı liderliyini qoruyub saxlayaraq ümumi payın 54 faizini təşkil edəcək.

Hesabatda qeyd olunan digər mühüm məqamlar bunlardır:

Neft tələbatı: 2050-ci ildə qlobal neft tələbatı gündə 124,1 milyon barelə çatacaq. Tələb artımına ən böyük töhfəni gündəlik əlavə 8,1 milyon barellə Hindistan verəcək. İstehlakın artmasında yol nəqliyyatı, neft-kimya və aviasiya sektorları əsas rol oynayacaq.

Bazar payı: ABŞ-ın şist neft hasilatının tezliklə pik həddə çatacağı və daha sonra artımın məhdudlaşacağı gözlənilir. Bunun fonunda OPEC+ ittifaqı 2030-cu ildən sonra qlobal neft bazarındakı payını yenidən artıracaq.

Related posts

IEA: “Azərbaycanda mayda neft hasilatı azalıb”

NEFT BAZARINDA GƏRGİNLİK SƏNGİYİR: Trampın qərarı qiymətləri aşağı çəkdi

NEFT BAZARINDA “SÜLH” ENDİRİMİ: Trampın bəyanatı qiymətləri aşağı çəkir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı