Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"OpenAI"dan ABŞ hökumətinə milyardlarla dollarlıq səhm təklif edib - BBN

“OpenAI”dan ABŞ hökumətinə milyardlarla dollarlıq səhm təklif edib

“OpenAI” ABŞ hökumətinə şirkətin 5 %-lik səhm payını təklif edib.

BBN.az bu barədə “The Financial Times” qəzetinə istinadən məlumat yayıb.

Məlumata görə, şirkətin baş icraçı direktoru Sem Altman bu təşəbbüsü ABŞ administrasiyasının nümayəndələri ilə keçirdiyi görüşlər zamanı irəli sürüb. Bildirilir ki, məqsəd süni intellekt texnologiyalarının təhlükəsizliyi, hüquqi tənzimlənməsi və idarə olunması sahəsində hökumətlə əməkdaşlığı daha da dərinləşdirməkdir. Bu təşəbbüs Vaşinqtonun süni intellekt sektoruna artan marağı fonunda gündəmə gəlib.

Hesabatda vurğulanır ki, Altman hesab edir ki, süni intellektin yaratdığı iqtisadi dəyərin cəmiyyətə qaytarılmasının ən effektiv yollarından biri dövlətin şirkətdə pay sahibi olmasıdır.

Hazırda bazar dəyəri təxminən 852 milyard ABŞ dolları olaraq qiymətləndirilən “OpenAI” üçün təklif olunan 5 %-lik səhm paketinin dəyəri təxminən 42,6 milyard ABŞ dolları təşkil edir.

Bundan əlavə, Sem Altman ABŞ-da strateji texnologiyaların inkişafının maliyyələşdirilməsi məqsədilə milli suveren sərvət fondunun yaradılması ideyasını da irəli sürüb. Məlumata əsasən, ölkədə fəaliyyət göstərən digər iri süni intellekt şirkətlərinin səhmlərinin müəyyən hissəsinin də hökumətə ayrılması variantı müzakirə predmetidir.

Bununla belə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının “OpenAI” tərəfindən irəli sürülən səhm təklifinə necə yanaşacağı və onu qəbul edib-etməyəcəyi hələ dəqiqləşməyib.

Related posts

İyunun nəticələri: “Samsung” bazar payını kəskin artırdı, “Apple” gerilədi

Azərbaycanda iyunda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Morgan Stanley-dən ŞOK PROQNOZ: Bu şirkət süni intellekt dünyasının yeni ulduzu ola bilər!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı