Ötən ay əhali restoranlara 170 mln. manata yaxın pul xərcləyib

2023-cü ilin sentyabr ayında Azərbaycanda əhali kafe və restoranlara 169 milyon 597 min manat vəsait xərcləyib.

BBN.az xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin setyabr ayı ilə müqayisədə 25% və ya 33.9 milyon manat çoxdur. 2022-ci ilin sentyabr ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 135 milyon 681 min manat təşkil edib.

Xatırladaq ki, cari ilin sentyabr ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 945.9 milyon manat təşkil edib.

Əlavə edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 484.2 milyon manata bərabər olub.

APA 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı