Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ötən ay dövlət qurumlarına olan kiberhücumların sayı açıqlanıb - BBN

Ötən ay dövlət qurumlarına olan kiberhücumların sayı açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 623 kiberhücum indikatoru (IOC) müəyyən edib.

BBN.az XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır. Belə ki, kibertəhdidlərin 307-si daxili araşdırma, 316-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub və bloklanıb.

Təkcə bu ilin iyul ayında 125 kiberhücum müəyyən olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 507,840 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 647 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 163 min 313 zərərverici tərkibli elektron sənəd blok edilib.

Related posts

Çip bazarında böyük yüksəliş: “Bank of America” nəhəng istehsalçının hədəf qiymətini artırdı

BAZARLARDA “SPACE” ŞOKU: Maskın trilyonluq IPO-su və dünyanı dəyişdirən sülh ümidləri

Süni intellekt və robot texnologiyaları: İnvestisiya dünyasının yeni lokomotivi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı