Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ötən ay “Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı 50 % artıb - BBN

Ötən ay “Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı 50 % artıb

Bakı metropolitenində “Əlçatan metro” layihəsi üzrə aprel ayında 90 sifariş icra olunub.

Bu barədə BBN.az “Bakı Metropoliteni” QSC-dən məlumatına əsasən xəbər verir.

Bildirilib ki, 3 nəfər verdiyi sifarişdən daha sonra imtina edib. 2023-cü ilin eyni ayında bu layihə üzrə 60 nəfər daşınıb. Ötən ilin aprel ayının müqayisəli təhlilinə əsasən, bu xidmətdən istifadə edənlərin sayı 50 % artıb.

Qeyd edək ki, “Əlçatan metro” layihəsi metropolitendən istifadə imkanları bu və digər səbəblərdən məhdud olan sərnişinlərin daşınması xidmətidir. 2019-cu ildən sərnişinlərin ixtiyarına verilən bu xidmətdən əlil arabası və uşaq arabacıqları ilə hərəkət edənlər, əsa və qoltuqaltı ağacdan istifadə edənlər, yaşlılar istifadə edir.

Related posts

Azərbaycanda bank şöbələrinin sayı 200-ə yaxınlaşdı

Bank sektorunda regional genişlənmə sürətlənir: filialların yarıdan çoxu bölgələrdədir

BAKIDA TÜLKÜLƏR NİYƏ ÇOXALIR? – ŞƏHƏR İQTİSADİYYATINA GÖRÜNMƏYƏN SİQNAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı