Ötən ay Kanadada illik inflyasiya 6.9%-ə çatdı

Kanadada inflyasiya ilə bağlı rəqəmlər göstərib ki, oktyabrda illik inflyasiya 6.9%-ə çatıb.

BBN.az CBC News TV proqramına istinadən xəbər verir ki, ərzağın qiymətinin artması inflyasiyanı yüksəkdə saxlayan faktorlardandır. Son hesabat göstərib ki, ərzağın qiymətləri son dövrlər ilə müqayisədə sürətlə artmağa davam edir.

CBC TV-dən bildirilib ki, büdcə daralıb, minimal əmək haqqı eyni qalıb, ərzaq banklarına axın isə 2 dəfə artıb.

İqtisadçılar isə bildirirlər ki, Kanada Mərkəzi Bankının faiz dərəcələrini yüksəkdə saxlamağı inflyasiyanı uzunmüddətli dövrdə aşağı salacaq. Bankın hədəfi isə inflyasiyanı 2% civarında saxlamaqdır. 

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı