Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ötən dövrdə 171 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib - BBN

Ötən dövrdə 171 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Bu ilin yanvar-aprel aylarında 44,3 min şəxsə sosial ödənişlərin, o cümlədən 10,3 min  şəxsə pensiyaların, 34 min şəxsə isə müavinət və təqaüdlərin elektron qaydada təyinatı həyata keçirilib.

 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, sonralar 24 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb. Həmin vaxtdan ötən dövrdə ümumilikdə 171 min şəxsə elektron qaydada  pensiya, müavinət və təqaüd e-qaydada təyin olunub. Onlardan 36 mini pensiya təyinatları olub.

Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmayıb. Həmin sosial ödənişlər məmur-vətəndaş təması olmadan, avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunub.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı