Ötən il 195-2 Çağrı Mərkəzinə 45 mindən çox müraciət olub

2020-ci il ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 45 mindən çox müraciət daxil olub. Müraciətlər əsasən, istehlakçıların hüquqlarının qorunması, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi mexanizmləri, reklam qanunvericiliyi, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı