Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ötən il toplanmış sığorta haqları 11 faizdən çox artıb - BBN

Ötən il toplanmış sığorta haqları 11 faizdən çox artıb

2025-ci ildə toplanmış sığorta haqları ötən ilə nisbətdə 11,2 faiz (152 milyon manat) artaraq 1,505 milyon manata çatıb.

BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi Departamentinin direktoru Ataxan Həsənov Maliyyə Sabitliyi Hesabatının təqdimatında deyib.

O bildirib ki, sığorta haqların 56,7 faizi həyat sığorta siniflərindən, 43,3 faizi isə qeyri-həyat sığorta siniflərindən formalaşıb.

“Həyat sığortası üzrə yığım 16,2 faiz (119 milyon manat) artaraq 853 milyon manat, qeyri-həyat sığortası üzrə isə 5,3 faiz (32 milyon manat) artaraq 651,7 milyon manat təşkil edib. Həm həyat sığortası, həm də qeyri-həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta sinifləri olub”, – deyə Ataxan Həsənov vurğulayıb.

Related posts

Azərbaycanda aqrar sığorta sistemi ilə bağlı vahid infrastruktur formalaşdırılır

Ötən il maliyyə sektoru üzrə cərimələrin həcmi 600 min manata çatıb

BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı