Ötən ilin yekunlarına əsasən Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

Azərbaycan Kredit Bürosu (Büro) 2019-cu il ərzində 2 BOKT, 3 lizinq şirkəti, 2 kredit ittifaqı, 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu da daxil olmaqla 12 yeni təşkilatla müqavilə imzalamışdır.

Büro tərəfindən hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı və İpoteka və Kredit Zəmanət Fondu, 30 bank, 14 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 5 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru və 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanmışdır və 2019-cu ilin yekununa olan göstəriciyə görə Büronun əməkdaşlıq etdiyi təşkilatların sayı 120-dən 132-yə qalxmışdır.

2019-cu il ərzində Büro ilə məlumat mübadiləsi aparan təşkilatlar tərəfindən 2,882,846 sorğu həyata keçirilmişdir. Bu göstərici 2018-ci il tarixi ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 56 faiz çoxdur. Qeyd edək ki, 2018-ci il ərzində müvafiq sistemdən kredit təşkilatları tərəfindən 1,845,144 sorğu yerinə yetirilmişdir.

Büroya edilən sorğuların 2,572,178-i banklar, 309,939-u bank olmayan kredit təşkilatları, 137-si nisyə mal alqı-satqısı və 502-si lizinq şirkətləri, 90-ı isə kredit ittifaqı tərəfindən həyata keçirilmişdir.

Büronun skorinq xidmətindən isə il ərzində ümumilikdə 1,923,000 sayda istifadə qeydə alınmışdır ki, bu da ümumi sorğuların 67%-ni təşkil edir.

İl ərzində kredit hesabatı əldə etmək məqsədi ilə kredit tarixçəsi subyektləri tərəfindən Büroya 31,377 müraciət daxil olmuşdur. Müraciət etmiş şəxslərin 31,230-u fiziki, 147-si isə hüquqi şəxsdir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı