Özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərə başlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlayıb.

Təlimlər “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir.

İlkin mərhələdə koronavirus pandemiyası ilə əlaqədar təlimlərində fasilə yaranmış 1102 nəfərin təlimləri davam etdirilir. Növbəti mərhələdə isə 1804 iştirakçı təlimlərə cəlb ediləcək. Bu ilin əvvəlindən artıq 2600 nəfər proqram üzrə təlimlərə cəlb edilib.

Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı