Özünüməşğulluq proqramı üzrə son bir həftədə 400-ə yaxın şəxs üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.

Həftə ərzində paytaxt və regionlarda  400-ə yaxın işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.

Onların n mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı