Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir - BBN

Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir

Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi və icrasının sürətləndirilməsi işləri davam etdirilir. Cari il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi planlaşdırılır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4000-dən çox vətəndaş bu proqrama cəlb edilib.

Özünüməşğulluq proqramının genişləndirilməsində bu il Dünya Bankı ilə birgə də layihəyə başlanacaq. Dünya Bankı layihəsi çərçivəsində hər il 5 min, bu il isə 2 min ailənin özünüməşğulluğu təmin ediləcək.

Həmçinin nazirlik tərəfindən BMT-nin İnkişafs Proqramı ilə əməkdaşlıq çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin aktivlərlə təmin edilməsi işləri həyata keçirilir.

Özünüməşğulluq proqramına dəstək məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq da cari il üzrə davam etdiriləcək. Belə ki, 2020-ci ildə daha 250 ailə üçün bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memoranduma əsasən özünüməşğulluq proqramının genişləndirilməsində banklarla da əməkdaşlıq edilir. Artıq 200-dən çox proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər təqdim edilib.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı