Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Pəncəli Ürəklər” aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı - BBN

“Pəncəli Ürəklər” aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı

Qırmızı Ürəklər Fondunun “Pəncəli Ürəklər” aksiyası uğurla davam edir. Aksiya çərçivəsində daha 15 Kapital Bank/Birbank filialınının qarşısında sahibsiz heyvanlar üçün xüsusi yuvalar quraşdırılıb. Bununla da layihə çərçivəsində yerləşdirilən yuvaların ümumi sayı 35-ə çatıb.

Aksiyanın əsas məqsədi cəmiyyətdə sahibsiz heyvanlara qarşı qayğı və məsuliyyət hissini gücləndirmək, onların daha təhlükəsiz şəraitdə yaşamasına dəstək olmaqdır. Layihə vasitəsilə vətəndaşlar küçə heyvanlarının həyat şəraitinin yaxşılaşdırılmasına birbaşa töhfə vermək imkanı əldə edirlər. “Pəncəli Ürəklər” aksiyası bu istiqamətdə fəaliyyətini davam etdirərək daha çox filialı və bölgəni əhatə etməyi hədəfləyir.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Related posts

Mərkəzi Bankın sədri Taleh Kazımov ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Mərkəzi Bankın qiymətli kağızlarını icarəyə verməsi nədir və necə işləyir?

Bu günün valyuta məzənnələri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı