Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Xankəndi şəhərində pərakəndə ticarət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.

Görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak ediblər. Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, vergi ödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları barədə məlumat verilib. Təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, nəzarət-kassa aparatlarının və POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanılması, vergi hesabatlarının Vergi Məcəlləsində nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi vergi ödəyicilərinin diqqətinə çatdırılıb. Tədbirdə vergi ödəyicilərinin vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

Related posts

Omanla iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib

Transxəzər nəqliyyat dəhlizi üzrə multimodal məlumat mübadiləsinin rəqəmsallaşdırılması müzakirə olunub

Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı