Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Pərakəndə ticarət sektoru 100 min insanı işlə təmin edir – sektor fiskal və inflyasiya təzyiqi altındadır - BBN

Pərakəndə ticarət sektoru 100 min insanı işlə təmin edir – sektor fiskal və inflyasiya təzyiqi altındadır

Azərbaycanda pərakəndə şəbəkələr iqtisadiyyatın strateji dayaqlarından birinə çevrilib.
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə üzv olan “Bravo”, “Araz”, “Bazarstore”, “Oba”, “Rahat”, “Spar” və digər böyük şəbəkələrdə hazırda 100 minə yaxın şəxs çalışır və hər gün təxminən 4 milyon vətəndaşa xidmət göstərilir.

Birliyin açıqlamasına görə, təkcə 2024-cü ildə üzv şirkətlər yerli istehsalçılardan 2 milyard manata yaxın məhsul tədarük edib, büdcəyə 1 milyard manat həcmində vergi ödənişi və eyni həcmdə investisiya həyata keçirib.


Sektor üçün əsas risklər

Bununla belə, sektorda inflyasiya, yeni vergi yükü, artan icarə haqları və bank komissiyaları ciddi təzyiq formalaşdırır.

Hazırda iki əsas fiskal risk ön plana çıxır:

  • POS əməliyyatlarında yüksək bank komissiyaları.
    Azərbaycanda “interchange” komissiyaları 1.5%-2.5% aralığındadır. Müqayisə üçün: Avropa İttifaqında bu göstərici debit kartlarda 0.2%, kredit kartlarda 0.3%-dir.

  • 2019-cu ildən qüvvədə olan gəlir vergisi güzəştinin 2026-cı ildən ləğv riski.
    Bu güzəşt minlərlə iş yerinin qorunmasına və əmək bazarında şəffaflığa səbəb olmuşdu. Ləğv edilməsi şəbəkələrin mənfəətliliyinə və investisiya planlarına mənfi təsir edə bilər.


Kirayə haqlarında kəskin artım narazılıq yaradır

Birliyin məlumatına görə, bəzi ticarət mərkəzlərində icarə müqavilələri bitdikdən sonra kirayə haqları 2-4 dəfə artırılır. Bu hal xərclərin əhəmiyyətli dərəcədə yüksəlməsinə və biznes rentabelliyinin aşağı düşməsinə səbəb olur.


Rəqəmsallaşma və yeni çağırışlar

Hazırda müasir pərakəndə şəbəkələrinin bazar payı yalnız 30-32%-dir. Qalan hissəni ənənəvi və tam şəffaf olmayan satış nöqtələri təşkil edir ki, bu da qiymət monitorinqi və inflyasiya təhlilini çətinləşdirir.

Birlik hesab edir ki, yerli QR kod və NFC əsaslı ödəniş sistemlərinin inkişafı, POS komissiyalarının tənzimlənməsi rəqəmsallaşmanı sürətləndirə və əlavə xərcləri azalda bilər.


Sektordan hökumətə təklif olunan əsas addımlar

  • POS komissiyalarının yuxarı həddinin 0.5% səviyyəsində müəyyən edilməsi;

  • Gəlir vergisi güzəştinin mərhələli şəkildə tətbiqi və 2000 AZN-dək əməkhaqları üçün saxlanılması;

  • Ticarət obyektlərində icarə haqlarının hüquqi tənzimlənməsi;

  • Yerli kart və ödəniş sistemlərinin POS infrastrukturu ilə tam inteqrasiyası;

  • Dövlət-özəl dialoqunun gücləndirilməsi.

Related posts

“2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub

Qlobal gərginlik və texnologiya satışları Asiya birjalarını gerilətdi: Diqqətlər Nvidia və Samsung-da!

Ağ Evin məşhur cəmənliyi təhlükədə: Tramp Cənub Qazonunda helikopter meydançası tikməyi planlaşdırır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı