Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində maarifləndirici aksiya davam edir

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl sektorun (“Mətanət A”, Neftçala Avtomobil Zavodu, “A.M.O.” MMC) dəstəyi ilə vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi tədbirlərinə dəstək məqsədilə sosial aksiya keçirilir.

İndiyədək Sumqayıt və Xırdalan şəhərlərində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Masallı, Lənkəran, Astara, Neftçala rayonlarında keçirilmiş aksiyalar çərçivəsində KOB dostları və könüllülər tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb, 9 minə yaxın tibbi maska paylanılıb.

Aksiya 28-29 iyul tarixlərində Mingəçevir şəhərində və Ağstafa rayonunda davam etdiriləcək.

Dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən maarifləndirici aksiya iyul-avqust ayları ərzində davam etdiriləcək və ölkənin 20-yə yaxın şəhər və rayonunu əhatə edəcəkdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı