Pandemiya qadağaları qaldırıldıqdan sonra Çinin iqtisadiyyatı sürətlə inkişaf edib

Covid qadağalarının aradan qaldırılmasından sonra 2023-cü ilin ilk 3 ayında Çinin iqtisadiyyatı gözləniləndən sürətlə inkişaf edib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, rəsmi rəqəmlərə əsasən 2022-ci ilin eyni dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) 4.5% artıb. İqtisadi aktivliyə təkan verən amillər sırasında isə ailələrin xərclərinin artması və fabrik fəaliyyətlərinin yüksəlməsi olub.

Həmçinin ailələrin əsas istehlakçı göstəricilərindən biri olan riteyl satışları da martda bir il əvvəl ilə müqayisədə nə az, nə çox düz 10.6% artıb. 

Qeyd edək ki, ölkə dekabrda koronavirus ilə bağlı qadağaları aradan qaldırmışdı və rəsmi Çin isə söz vermişdi ki, dünyanın ikinci ən güclü iqtisadiyyatının olduğu ölkənin iqtisadi aktivliyini yenidən bərpa edəcək.

Related posts

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollara çatıb

Azərbaycan “2024 Korea Import Fair” sərgisində təmsil olunub

Kyrgyzstan and Kazakhstan: Strengthening Partnership in the Implementation of Modern Technologies and Development of Innovations – Photos

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı