​Pandemiyadan zərər çəkmiş KOB-lar üçün maliyyələşdirməyə dair yeni modul istifadəyə verilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) koronavirus (COVID-19) pandemiyası ilə üzləşən və bunun təsirini idarə etmək üçün yardıma ehtiyacı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yaratdığı “Böhran dövründə necə” adlı bilik platformanın yeni modulu istifadəyə verilib. Biznesin maliyyələşdirilməsinin yolları adlanan yeni modul maliyyənin hansı formasının biznesə uyğun olduğunu anlamaqda, maliyyə dəstəyi üçün necə müraciət edilməsi və həlledici maliyyələşdirmə qərarları ilə qarşılaşdıqda düzgün seçimin edilməsi sahəsində sahibkarları bilik və bacarıqlarla təmin edəcək.

Modulun əhatə etdiyi üç əsas mövzu bunlardır:

· Maliyyə resurslarının seçimi və strukturlaşdırılması

· Maliyyə resurslarının təşkili

· Maliyyələşdirmə problemlərinin həlli

Moduldan istifadə etmək üçün www.ebrdknowhowacademy.com saytında qeydiyyatdan keçmək lazımdır. Mobil cihaz vasitəsilə proqrama qoşulmaq üçün “App Store”dan “Go.Learn” tədbiqini yükləyərək www.ebrdknowhowacademy.com saytına daxil ola bilərsiniz.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı