Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri müzakirə olunub

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatı qlobal pandemiya, islahatlar və post-pandemiya dövründə” mövzusunda videokonfrans keçirilib.

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və bu təsirlərin azaldılması məqsədilə görülən işlərə həsr olunmuş onlayn tədbirdə müvafiq dövlət qurumlarının, hazırda ölkəmizdə fəaliyyətdə olan, eləcə də Azərbaycan bazarına maraq göstərən ABŞ şirkətlərinin, Azərbaycanın ABŞ-dakı və ABŞ-ın ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev çıxış edərək koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, kiçik və orta sahibkarlığa təsirləri, həyata keçirilən dövlət dəstəyi tədbirləri, postpandemiya dövründə atılacaq addımlar barədə məlumat verib, sualları cavablandırıblar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı