Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Partner Finance" BFB-də 1 milyon manatlıq istiqraz yerləşdirəcək - BBN

“Partner Finance” BFB-də 1 milyon manatlıq istiqraz yerləşdirəcək

Azərbaycanda lizinq fəaliyyəti göstərən “Partner Finance” QSC “Bakı Fond Birjası”nda (BFB) 1 milyon manat həcmində istiqraz emissiyasına hazırlaşır.

Yerləşdirilməsi planlaşdırılan istiqrazların hər birinin nominal dəyəri 1 000 manat olmaqla, ümumilikdə 1 000 ədəd faizli, adlı, təminatsız və sənədsiz qiymətli kağız emissiya ediləcək.

İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə satılacaq, tədavül müddəti 24 ay, illik gəlirlilik faizi isə 12 % təşkil edəcək. Emissiyanın anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Qeyd edək ki, “Partner Finance” QSC 2020-ci ildə yaradılıb və nizamnamə kapitalı 152 min manatdır. Şirkətin səhmdarları Anar Nuriyev, Şamama Qurbanova və Nərmin İsmayılzadə (hər biri 32,89 % pay), həmçinin 1,33 % payla Nübuvvət Rzayevdir.

Related posts

Bazarı silkələyən böyük xəbər! Qızılda qızıl dövr: “Fürsəti əldən verməmək” qorxusu və Çin tələbi qiymətləri 10 həftənin zirvəsinə uçurdu!

Qızılın qiyməti 7 həftəlik maksimumlara yaxın sabitləşib: Treydperlər İran ətrafındakı qeyri-müəyyənliyi və Fed-in addımlarını qiymətləndirirlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı