“Partner Finance” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

15 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Partner Finance” QSC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

17 may 2023-cü il tarixində Bakı Fond Birjasında “Partner Finance” QSC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

  Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddəti    Hərrac tarixiKupon faizlərinin ödəniş müddəti
AZ2005021962Faizli, təminatsız sənədsiz adlı istiqrazlar500 (ədəd)  1,000 manat  10 %3 təqvim ili    17.05.2023İldə bir dəfə (bir ilin 360 gün olduğunu qəbul etmək şərti ilə)

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl yenidən bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı