Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"PAŞA BANK" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir - BBN

“PAŞA BANK” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA BANK” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 30.07.2025-ci il tarixində başlayıb, 12.08.2025-ci il tarixinə (bu tarix də daxil olmaqla) kimi 10 (on) iş günü ərzində aparılacaqdır.

Qiymətli kağızların abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14.08.2025-ci il tarixində başlanılacaqdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “PAŞA BANK” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2006006624
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə Yazılışı
İstiqrazların sayı 40,000 ədəd
İlkin ticarət qiyməti 1,000 manat
İstiqrazların buraxılış həcmi 40,000,000 manat
İllik gəlirlilik faizi 10.5%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 12 ay
Ticarət tarixi 14.08.2025
Anderrayter  “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Related posts

AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!

Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı