Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Bank”ın dəstəyi ilə “Bebras” informatika yarışı keçirilib - BBN

“PAŞA Bank”ın dəstəyi ilə “Bebras” informatika yarışı keçirilib

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın dəstəyi ilə şagirdlər üçün “Bebras” İnformatika və Alqoritmik düşüncə yarışı keçirilib.

Beynəlxalq “Bebras” İnformatika və Alqoritmik müsabiqəsi  proqramlaşdırma bilikləri tələb etmədən şagirdlərin alqoritmik və məntiqi təfəkkürünü qiymətləndirmək məqsədi daşıyan layihədir. Müsabiqə şagirdlərə informatika ilə yanaşı məntiq və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirməyə və sağlam rəqabət aparmağa imkan yaradır. Onlayn müsabiqə zamanı 2-10-cu sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun əyləncəli formada müxtəlif tapşırıqların həllinin tapılması üçün yarışıblar.

“ÖzünÖyrən” tədris platformasının təşkilatçılığı ilə keçirilən “Bebras” yarışında iştirak etmək üçün 270 məktəb qeydiyyatdan keçmişdir. Bu siyahı Bakı, Naxçıvan, Gəncə, Quba, Kəlbəcər, Ağdam, Göygöl, Lerik, Cəlilabad, Lənkəran, İsmayıllı və digər bölgələr də olmaqla 61 şəhər və rayonu əhatə edib.

Müsabiqədə ən yüksək bal toplamış şagirdlər 2024-cü ildə keçiriləcək final mərhələsinə dəvət ediləcəklər.

Qeyd edək ki, “Bebras” müsabiqəsi 2004-cü ildən başlayıb və hər il dünyanın 70-dən çox ölkəsindən yüz minlərlə şagird bu yarışda iştirak edir. Azərbaycan bu müsabiqədə 2013-2016-cı illərdə aktiv iştirak etmişdir.

Related posts

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib

ABB-nin süni intellekt həlləri Dünya İqtisadi Forumunun hesabatına daxil edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı