Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək - BBN

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək

Ötən il 30-a yaxın ölkədən 3000 iştirakçı, 100-dən çox spiker, 80-dən çox startap və investoru bir yerə toplayan “INMerge İnnovasiya Sammiti” 2024-cü ildə özünə daha böyük hədəflər qoyaraq hazırlıqlara start verib.

PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xatırladaq ki, 2023-cü ildə sammit “Apple”ın qurucularından Steve Wozniak, “Shazam”ın yaradıcısı Chris Barton, “Tesla”nın qurucu ortaqlarından JB Straubel, “FutureThink” CEO-su Lisa Bodell kimi məşhur və yaradıcı şəxsləri öz səhnəsində qonaq etmişdi. Onlarla yanaşı, ölkəmizdən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov da tədbirdəki çıxışları ilə yadda qalmışdılar.

Hazırda sammit bilet üçün biletləri 40% endirimlə www.inmerge.az ünvanından əldə etmək olar. Ətraflı məlumat əldə etmək üçün sammitin rəsmi veb-saytına və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.

Related posts

SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Saziş imzalanıb

BMT ilə dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair müzakirələr aparılıb

“ASAN xidmət” “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsini genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı