Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Kapital” dövriyyəsinə görə investisiya şirkətləri arasında birincidir - BBN

“PAŞA Kapital” dövriyyəsinə görə investisiya şirkətləri arasında birincidir

Bakı Fond Birjası tərəfindən açıqlanan statistikaya əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti, 2023-cü ilin yanvar-iyul aylarında 8 milyard 039 milyon 354 min 228 manat dövriyyə ilə Azərbaycan bazarında liderlik mövqeyini saxlamaqda davam edir.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, vasitəçilik, investisiya məsləhətləri və anderraytinq kimi müxtəlif investisiya imkanları üzrə ixtisaslaşan aparıcı investisiya şirkətidir.

Şirkət, yüksək keyfiyyətli vasitəçilik xidməti ilə investorlara Bakı Fond Birjasınnın ilkin və təkrar bazarına çıxışı, yerli bazarda birjadankənar əqdlərin bağlanması, xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılması və əlavə olaraq REPO sövdələşmələrinin təşkili üzrə uğurlu təcrübəyə malikdir.

Qeyd olunan dövr üzrə şirkətin qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində – Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında ən çox əməliyyat həcmi ilə öz lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Ümumilikdə, PAŞA Kapitalın 2023-cü ilin yanvar-iyul ayları üzrə bazar payı 47% faiz olmuşdur.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, Azərbaycan bazarında liderlik mövqeyini qorumaqla, yerli bazarda investisiya imkanları axtaranlar üçün etibarlı tərəfdaş olmağa davam edir.

Related posts

Qlobal bazarlar yeni həftəyə geosiyasi risklər və makroiqtisadi göstəricilərlə başlayır

Maliyyə Nazirliyi: 2027-ci ildə icmal büdcə gəlirləri 48 milyard manatı ötəcək

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı toplantılarında Sİ riskləri gündəmə gəldi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı