Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
PAŞA Kapital-ın anderrayterliyi ilə “FINCA Azerbaijan” istiqrazlarının ikinci buraxılışı üzrə hərrac keçiriləcək - BBN

PAŞA Kapital-ın anderrayterliyi ilə “FINCA Azerbaijan” istiqrazlarının ikinci buraxılışı üzrə hərrac keçiriləcək

PAŞA Kapital, Azərbaycanda mikromaliyyə sahəsinin aparıcı qurumlarından biri olan “FINCA Azerbaijan”-ın 4 milyon manat həcmində istiqrazlarının ikinci buraxılışı üzrə hərrac elan edir.

Ümumi sayı 40 000 ədəd olan istiqrazların əsas xüsusiyyətləri:

  • Nominal dəyər: 100 AZN;
  • Gəlirlilik faizi: İllik 15%;
  • Faiz ödənişi: Rüblük;
  • Tədavül müddəti: 24 ay;
  • Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş;
  • Yerləşdirilmə üsulu: Hərrac

Xatırladaq ki, PAŞA Kapital-ın anderrayerliyi ilə “FINCA Azerbaijan” istiqrazlarının 1-ci buraxılışının yerləşdirilməsi üzrə hərrac zamanı əsas maraq fiziki şəxslər tərəfindən göstərilmişdir. Belə ki, ümumilikdə 56 sifariş daxil olmuş, onlardan 53-ü fiziki, 3-ü isə hüquqi şəxslər tərəfindən təqdim edilmişdir.

İkinci buraxılış üzrə istiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqi şəxslər, emissiyanın anderrayteri qismində iştirak edən PAŞA Kapital İnvestisiya Şirkətinin 1548 qısa nömrəli Çağrı Mərkəzi və yaxud PAŞA Kapital ticarət platforması vasitəsilə müraciət edərək, keçiriləcək hərracda iştirak edə bilərlər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı