PAŞA Kapitaldan USD-də 7% gəlirli Kapital Bank istiqrazlarının uğurlu hərracı

31 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında PAŞA Kapital İnvestisiya Şirkətinin anderrayteri olduğu Kapital Bank ASC-nin 20 milyon dollar həcmində istiqrazlarının hərracı uğurla həyata keçirilmişdir.

Fiziki investorların xüsusi aktivliyi ilə seçilən növbəti uğurlu anderraytinq layihəsinin nəticələri aşağıdakı kimidir:

  • İnvestor sayı: 179, 2 nəfər hüquqi, 177 nəfər fiziki şəxs;
  • Ümumi sifariş sayı: 193;
  • PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin sayı: 172;
  • PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin həcmi: 19, 690, 800 ABŞ dollar;
  • Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin sayı: 7;
  • Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin həcmi: 309, 200 ABŞ dollar.

Fiziki şəxslərin bu istiqrazlara olan marağı Azərbaycan kapital bazarlarında investisiya əməliyyatlarına olan marağın müsbət dinamikasından xəbər verir.

Qeyd edək ki, PAŞA Kapital-ın anderrayteri olduğu Kapital Bank istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7% təşkil edir. İstiqrazların ödəniş dövrü aylıq, tədavül müddəti isə 7 ildir.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı