PAŞA Sığorta 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Goranboyda yaşayan aztəminatlı ailələrin uşaqları üçün tədbir keçirib!

Hər il olduğu kimi bu ildə PAŞA Sığorta şirkəti uşaqları unutmadı. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə KSM tədbir həyata keçirən PAŞA Sığorta şirkəti bu il “GİD CSR Consulting” ilə birgə Goranboyda yaşayan az təminatlı ailələrin övladları üçün “Şən avtobus” layihəsini həyata keçirib. Belə ki, tədbirdə Goranboyda yerləşən “Uşaq və ailələrə dəstək mərkəzi”nin nəzdində olan uşaqların səmərəli vaxt keçirməsi, eyni zamanda əylənməsi üçün xüsusi proqram hazırlanıb, onlara xüsusi hədiyyələr təqdim edilib.

Hazırda qeyri-həyat sığortası üzrə bazar payına görə lider olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700.000-ə yaxın korporativ və fərdi müştərisinə könüllü və icbari sığorta növləri üzrə 36-dan artıq xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı