PAŞA Sığorta DOST Agentliyi ilə birgə “İnklüzivlik ayı” adı altında korporativ sosial məsuliyyət layihəsi həyata keçirdi!

Həyata keçirdiyi KSM layihələri ilə hər zaman fərqlənən PAŞA Sığorta şirkəti bu yolda addımlamağa davam edir. Bu məqsədlə PAŞA Sığorta DOST Agentliyi ilə əməkdaşlıq sazişi imzalayıb.

PAŞA Sığorta “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunan “İnkluzivlik ayı” layihəsinin baş sponsorudur. Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsinin təmin edilməsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı həyata keçirilən “İnklüzivlik ayı” layihəsi bir neçə ay uğurla davam etmişdir.

Layihə çərçivəsində həyata keçirilən “Yaşıl dünya naminə!” həftəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin benefisiarları və Könüllü DOSTların iştirakı ilə masterklasslar həyata keçirilmişdir. Həmçinin, görmə qabiliyyəti məhdud uşaqların toxunaraq hiss edəcəyi xüsusi «eko-terapiya» da reallaşmışdır.

“Yaradıcı düşüncələr” həftəsində xüsusi qayğıya ehtiyacı olan şəxslərin hazırladıqları keramika işləri və rəsm əsərləri layihənin qala gecəsində satışa çıxarılmışdır.

Bağlanış mərasimində “İnklüzivlik ayı” layihəsi çərçivəsində hazırlanmış işlərdən ibarət sərgi ilə tanışlıq olub, daun sindromlu gənclərin “Rockabilly dance” rəqs nömrələri, “Danceability” inklüziv rəqs performansı təqdim olunub, daun və autizmli gənclərinin iştirakı ilə “Adaptiv moda” gecəsi keçirilib.

Hazırda qeyri-həyat sığortası üzrə bazar payına görə lider olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstəririr. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700.000-ə yaxın korporativ və fərdi müştərisinə könüllü və icbari sığorta növləri üzrə 36-dan artıq xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Related posts

Digər bankdakı kreditlərinizi Unibanka gətirin, ödənişiniz sərfəli olsun!

Azərbaycan Respublikasının Mərkəzi Bankında təşkil olunan “Nağd pul ofis”ləri ilə bağlı məlumat

Azərbaycan Respublikasının Mərkəzi Bankının Repo hərracı keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı