Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Sığorta” "Maliyyə savadlılığı və Dünya Bankının B-Ready hesabatı" mövzusunda təlim keçirib - BBN

“PAŞA Sığorta” “Maliyyə savadlılığı və Dünya Bankının B-Ready hesabatı” mövzusunda təlim keçirib

PAŞA Sığorta şirkəti 22 fevral tarixində öz tərəfdaşları üçün maliyyə məhsullarını və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək üzrə bacarıqların inkişaf etdirilməsi məqsədi ilə təlim təşkil etmişdir. Təlimin təşkil olunma məqsədi maliyyə sektoru nümayəndələri və sahibkarlıq subyektlərinin maliyyə sektoruna dair qanunvericilik bazası haqqında məlumatlılığının artırılmasıdır.

15-dən çox hüquqi şəxs olan sahibkarlıq subyektinin cəlb olunduğu təlimdə iştirakçılara sığortanın üstünlükləri, praktikada maliyyə xidmətlərinin əldə edilməsi, biznes və investisiya mühitinin tənzimləmə çərçivəsi barədə geniş məlumat verildi. Bununla yanaşı, Dünya Bankının B-Ready hesabatı, onun tarixi, qiymətləndirmə indikatorları və ölkə reytinqi üçün əhəmiyyəti barəsində iştirakçılar məlumatlandırıldı.

“PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta şirkəti qeyri-həyat sığorta sektoru üzrə 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının böyük sığorta şirkətlərindəndir.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı