Peşə və orta ixtisas təhsili alan gənclərlə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin dəstəyi ilə peşə və orta ixtisas təhsili alan gənclərlə görüş keçirilib. 

Göyçayda təşkil olunmuş tədbirin məqsədi gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviqi, özünüməşğulluğunun təmin olunmasına dəstək olmaq olub.  

Görüşdə gələcək fəaliyyətini sahibkarlıq sahəsində inkişaf etdirmək istəyən gənclərə sahibkarlıq fəaliyyəti, dövlət tərəfindən sahibkarlara göstərilən dəstək xidmətləri, özünüməşğulluq layihələri, eləcə də Göyçay-Ağdaş KOBİM-in fəaliyyəti barədə məlumat verilib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı