Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Peşəkar Uğurun Əsasları” adlı növbəti online təlimlərə başlanıldı - BBN

“Peşəkar Uğurun Əsasları” adlı növbəti online təlimlərə başlanıldı

“Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” layihəsi çərçivəsində növbəti online təlimlərə başlanılıb. “Peşəkar Uğurun Əsasları” adlı təlimdə 84 gənc iştirak edir.

Onlara 2 həftə ərzində özünü təqdimat, şəbəkələşmə bacarıqları, online biznes fürsətləri kimi mövzular tədris olunacaq, sahibkarlarla müzakirə  forumu təşkil ediləcək.

“Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, BMT İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə icra olunur.

Gəncə, Zaqatala və Sumqayıt şəhərlərində həyata keçirilən layihənin məqsədi peşəkar, səriştəli və işgüzar düşüncəli gənclərin yetişdirilməsi və onların yerli əmək bazarında dayanıqlı məşğulluğa nail olmalarına dəstək verməkdir.

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı