Peter Siyarto: “Macarıstan Azərbaycandan 1 milyard kubmetr təbii qaz almağı planlaşdırır”

Macarıstan tədarük mənbələrini şaxələndirmək üçün Azərbaycandan 1 milyard kubmetr təbii qaz almağı planlaşdırır.

BBN.az xəbər verir ki, bunu Macarıstanın XİN rəhbəri Peter Siyarto bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O, Avropa İttifaqını Azərbaycan təbii qazının Rumıniya və Macarıstana çatdırıla biləcəyi boru kəmərlərinin ötürücülük qabiliyyətini genişləndirmək üçün vəsait ayırmağa çağırıb.

Həmçinin nazirin sözlərinə görə Bakı və Budapeşt arasında Macarıstanın tikinti şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı ilə bağlı ilkin razılıq əldə olunub.

Xatırladaq ki, avqustda Budapeşt və Bakı arasında siyasi saziş imzalanıb və bu sazişə əsasən Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq.

Report

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı