Pirallahı Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb

“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 7-yə çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Related posts

Dövlətə məxsus səhmdar cəmiyyətin 30 faizlik səhm paketi özəlləşdirilib

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq – Bu tarixlərdə

Azərbaycan nefti ucuzlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı