“Premium Bank”ın İdarə Heyətinin sədri Kamil Lətifov vəzifəsindən ayrılıb

Premium Bank” ASC-nin İdarə Heyətinin sədri Kamil Lətifov vəzifəsindən azad edilib.

Bu barədə bankdan məlumat verilib.

Bildirilir ki, hazırda sədr vəzifəsinə yeni təyinat yoxdur. Müvəqqəti olaraq bu vəzifəni İdarə Heyəti sədrinin müavini Mahir Nəcəfov icra edir. Qeyd edək ki, Mahir Nəcəfov bu ilin yanvar ayına qədər “Premium Bank”ın sədri, Kamil Lətifov isə sədr müavini olub. Yanvarda onların vəzifələri dəyişdirilmişdi.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə rebrendinq edərək hazırkı adını alıb.

Bankın nizamnamə kapitalı 154,6 milyon manatdır. Onun səhmdarları sırasında “Azərbaycan Hava Yolları” QSC-nin keçmiş prezidenti Cahangir Əsgərov (84,46%), “VIP Aviation Services” MMC (15,22%)Elvira Əhmədova (0,32%) yer alır.

Related posts

Azərbaycanda kredit portfelinin 70 faizdən çoxu kommersiya banklarının payına düşür

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı