“Premium Bank”ın vəzifəli şəxsi Mərkəzi Bank tərəfindən cərimələnib

“Premium Bank”ın vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnib.

BBN.az xəbər verir ki, Mərkəzi Bank “Premium Bank” ASC-nin vəzifəli şəxsinin qaydaları pozduğunu aşkarlayıb.

Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Qanunun 40.1-ci maddəsinin, habelə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın 3.3.2-ci bəndinin tələblərinin pozulmasını aşkarlayıb.

Bu isə o deməkdir k, bank bir fiziki şəxsə kapitalının 3%-i həcmində kredit verib. İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, “Premium Bank”ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı