Prezident gələn ilin dövlət büdcəsini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2023-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Sənədə əsasən, gələn il büdcənin gəlirləri 30 774 milyon manat, xərcləri 33 353,3 milyon manat olacaq.

Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 3,25% çoxdur.

Son nəticədə büdcədə 2 579,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17% azalma deməkdir.

Büdcə gəlirlərinin 30 017 milyon manatı mərkəzləşdirilmiş, 757 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 32 584 milyon manatı mərkəzləşdirilmiş, 769,3 milyon manatı isə yerli xərclərdir.

Related posts

Kommersiya qurumlarının sayında 8,1 faiz artım qeydə alınıb

Şəkidə keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında 70-dən çox KOB subyektinin məhsul və xidmətləri sərgilənir

“Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı