Prezident İlham Əliyev III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət edib.

BBN.az xəbər verir ki, dövlət başçısının müraciətini tədbirdə Baş nazir Əli Əsədov səsləndirib.

Müraciətdə qeyd olunur ki, Forum milli statistika sistemlərinin inkişafı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qlobal statistik təşəbbüslərə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Prezident vurğulayıb ki, müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların və elmi ictimaiyyətin bir araya gəlməsi qabaqcıl bilik və təcrübələrin paylaşılması üçün əlverişli mühit formalaşdırır.

Dövlət başçısı bildirib ki, etibarlı statistik məlumatlar dayanıqlı inkişaf, əsaslandırılmış qərarların qəbulu və şəffaf idarəetmə üçün vacibdir. Azərbaycanın isə milli statistika sisteminin beynəlxalq standartlara uyğun inkişafına, rəqəmsal transformasiya və süni intellekt kimi müasir yanaşmaların tətbiqinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

Prezident, həmçinin, bu il oktyabrın 20-də BMT Statistika Komissiyasının qərarı ilə qeyd olunacaq Ümumdünya Statistika Gününün Forum ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və tədbir iştirakçılarına uğurlar arzulayıb.

Related posts

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı