Prezident Joe Biden-dən amerikalı milyarderlərdən daha çox vergi alınması ilə bağlı – təklif

ABŞ prezidenti Joe Biden Konqresi milyarderlərdən daha çox vergi alınması ilə bağlı təklifi qəbul etməyə səsləyib.

BBN.az Forbes-ə istinadən xəbər verir ki, o fevralın 7-də Konqresdə çıxışında deyib ki, son illər amerikalı milyarderlər daha az vergi ödəyiblər: “Heç bir milyarder məktəb müəllimi və yanğınsöndürənlərdən daha az vergi ödəməli deyil”, – deyə prezident deyib. 

O, plan haqda heç bir spesifik detal verməyib, məsələn, vergi dərəcəsi nə qədərdir və dəqiq gəlir nə qədər olacaq və s. Ancaq 2022-ci ildə isə belə bir təklif verilmişdir ki, ildə 100 milyondan çox gəlir əldə edən amerikalılar 20% dəyərində vergi ödəməli idilər. Həmin zaman Konqres bu təklifi qəbul etməmişdi. 

Qeyd edək ki, ekspertlər isə bu fikirdədirlər ki, hazırda ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Respublikaçılar partiyasındandır (Kevin McCarthy) və bu halda bu təklifin qəbul edilməyəcəyi gözlənilir. 

Əlavə edək ki, Forbes-in ötən ilki hesablamalarına əsasən 2022-ci ildə 735 nəfər amerikalının şəxsi sərvətinin həcmi ən azı 1 milyard dollar idi. Bu isə dünyanın bir çox ölkələrində olan milyarderlərin sayından çoxdur. 

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı