Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanmış) Qaydalarına dair məlumat - BBN

Pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanmış) Qaydalarına dair məlumat

Azərbaycan Respublikasının Mərkəzi Bankı pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili məqsədilə mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir. Bu istiqamətdə aparılan müşahidələr göstərir ki, son dövrlər ölkə ərazisində pərakəndə ticarət müəssisələrində mətbəə üsulu ilə hazırlanmış milli, eləcə də xarici valyutada pul nişanlarının qanunsuz reproduksiyalarının satışı hallarına rast gəlinir.

Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 41-1-ci maddəsinə əsasən pul nişanlarının reproduksiyasına (bənzədilmiş surətdə hazırlanması) yalnız Mərkəzi Bankın İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli 51/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası”nın tələbləri ilə müəyyən edilmiş qaydada yol verilir. Həmin Qaydaya əsasən reproduksiya olunan kağız pul nişanlarının ölçüləri Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarının səthinin 50 faizinə qədər və ya 200 faizindən çox olmalı, rəngi pul nişanlarının əsas rəng tonundan ən azı 30 faiz tünd və ya ən azı 30 faiz açıq olmalı, eləcə də aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən “REPRODUKSİYA” sözü əks olunmalıdır.

Hal-hazırda pərakəndə ticarət müəssisələrində, eləcə də açıq bazarlarda realizasiya olunan bənzədilmiş “pullar”ın qeyd olunan Qaydanın tələblərinə uyğun olmaması müəyyən edilir. Bu isə vətəndaşlar tərəfindən həmin reproduksiyaların həqiqi pul kimi qəbul edilməsi riskini yaradır. Mövcud qanunvericiliyə əsasən reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur və belə pulların satışı, əldə edilməsi və hazırlanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olmaqla həmin əməlləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas yaradır.

Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan saxta pul nişanlarına aldanmamaq üçün diqqətli və ehtiyatlı olmaları, belə hallarla rastlaşdıqda dərhal hüquq mühafizə orqanlarına və ya Mərkəzi Banka, yaxud onun ərazi idarələrinə müraciət etmələri tövsiyə olunur. Bu cür tədbirlər həm şəxsi təhlükəsizlik, həm də iqtisadi sistemin təhlükəsizliyi üçün əhəmiyyətlidir.

Related posts

AMB ilə ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan IOSCO-nun Avropa Regional Komitəsinin illik yığıncağında təmsil olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı