Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir

“Azərbaycan Hava Yolları” 40-dan çox istiqamət üzrə pulsuz gediş-dönuş aviabiletləri təklif edən “Səyahət etmək vaxtıdır” adlı unikal müsabiqəyə start verir. Müsabiqə 1-21 fevral tarixlərində davam edəcək.

Müsabiqə çərçivəsində hər birinə 23 kq-a qədər baqaj limiti daxil olan 100 ödənişsiz aviabilet oynanılacaq. Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirak üçün linkə keçid edərək aviaşirkətin rəsmi saytındakı anketi doldurmaq kifayətdir: https://bit.ly/azalcontestpr

Aviaşirkətin “Facebook” sosial şəbəkəsində canlı yayımda təsadüfi yolla 50 qalib seçiləcək. Nəticələr hər həftə – fevralın 8, 15 və 22-də elan olunacaq.

50 qalibin hər biri özü və səyahət etmək istədiyi şəxs üçün iki gediş-dönüş aviabileti əldə edəcək. Biletlərin eyni uçuşa alınması vacib şərtdir.

Qeyd edək ki, müsabiqədə yalnız bir dəfə iştirak etmək mümkündür. Çarter və kod-şerinq reysləri müsabiqədə nəzərə alınmır.

Şanslı qalib olub AZAL-dan pulsuz aviabiletlər qazanmaq fürsətini qaçırmayın!

Related posts

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

ARDNF-nin aktivləri 3,4% artaraq 58 000,6 milyon ABŞ dolları təşkil etdi

KOBİA nümayəndələrinin İspaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı