PwC Azərbaycan “GSMA M360 Eurasia 2024” konfransına qatılıb

PwC Azərbaycan, Məsləhət Xidmətləri Departamentinin rəhbəri Fərid Qattalın “Əlaqəli dünyanın təhlükəsizliyi” mövzusunda sessiyaya moderatorluğu ilə “GSMA M360 Eurasia 2024” konfransında iştirak edib. Bu sessiyanın əsas məruzəçiləri “Turkcell”-in İnformasiya Təhlükəsizliyi üzrə Baş Direktoru, Dr. Emin İslam Tatlı, “7Generation”-də İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatçı, Jassulan Jussupov və “Mediafon Datapro”-nun Satış üzrə Direktoru, Krzysztof Ledychow olub.

Sessiyada süni intellekt, kvant hesablamaları və virtuallaşdırılmış infrastrukturların təhlükəsizlik çağırışları və imkanları mövzusunda müzakirələr aparılıb. Müzakirələr zamanı inkişaf edən rəqəmsal ekosistemdə vahid kibertəhlükəsizlik strategiyalarının vacibliyinə toxunulub.

Paneldə, həmçinin “Nokia”-nın Qlobal Kibertəhlükəsizlik Satışları departamentinin rəhbəri Vikas Dahiya, “Mobicom Korporasiyasının” Baş Direktoru Koji Kuruşima, “Unibank”-ın İnformasiya Təhlükəsizliyi üzrə Baş Direktoru Murad Qurbanov və “Prosol” şirkətinin İdarə Heyətinin sədri Babək Ağayev kimi sənaye ekspertlərinin dəyərli fikirləri səsləndirilib. Ekspertlər təhlükəsiz və davamlı rəqəmsal gələcəyin qurulmasında əməkdaşlığın və innovasiyaların əhəmiyyətini vurğulayıb.

PwC Azərbaycan bu mühüm müzakirələrdə iştirak etməklə kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və müvafiq sektorun maraqlı tərəfləri arasında əməkdaşlığın təşviqinə sadiqliyini nümayiş etdirib. Məqsədimiz birlikdə daha təhlükəsiz və davamlı rəqəmsal gələcək yaratmaqdır.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı