Qəbələ rayonunda sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib

Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə keçirilmiş maarifləndirici görüşdə istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların maraq və mənafelərinin mövcud qanunvericiliyə uyğun olaraq sahibkarlarla uzlaşdırılması məqsədilə biznes subyektləri ilə mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. Növbəti belə tədbir Qəbələ rayonunda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 150-dən çox sahibkarlıq subyektinin nümayəndələri ilə keçirilib.

Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər.

Təqdimat zamanı Agentliyin fəaliyyət istiqamətləri, istehlak bazarına nəzarət mexanizmləri, istehlakçıların əsas hüquqları barədə geniş məlumat verilib. Həmçinin Agentlik tərəfindən aparılan geniş maarifləndirmə tədbirləri, mövcud problemlərin həlli istiqamətində atılan addımlar sahibkarların diqqətinə çatdırılıb.

Sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Related posts

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı