Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.17 dollar, yaxud 0.22% bahalaşaraq 79.04 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.41 dollar, yaxud 0.48% azalaraq 84.49 dollara satılır. Təbii qazın qiymətləri isə 0.06 dollar, yaxud 2.38% bahalaşaraq 2.75 dollara ticarət edilir.
Qeyd edək ki, Reuters-in neft bazarını araşdıran 1000-dən çox enerji mütəxəssisləri arasında apardığı araşdırmaya əsasən xam neftin dəyəri hazırkı qiymət aralığından olduqca yüksəkdir. Söhbət isə 2027-ci ilə qədər 1 barrelinə görə 90 dollardan gedir. Bazar ertəsi səhəri Brent xam neftinin qiyməti 1 barrelinə görə 85 dollardan aşağı ticarət edilirdi. Bildirək ki, 2023-cü il ilə bağlı proqnozlar isə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan öncəki rəqəmlərdən 4-10 dollar aralığında yüksəkdir. 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.