Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.09 dollar, yaxud 0.12% ucuzlaşaraq 72.88 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.20 dollar, yaxud 0.26% azalaraq 78.08 dollara satılır. Təbii qazın qiymətləri isə 0.04 dollar, yaxud 1.92% enərək 1.99 dollara ticarət edilir.
Qeyd edək ki, 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.