Qadın işçilərin hüquqları ilə bağlı maarifləndirmə məqsədli videoçarx hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qadın işçilərin hüquqları ilə bağlı maarifləndirmə işlərinə başlayıb.

Bu işlər çərçivəsində Xidmət tərəfindən ölkəmizin də qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” 183 nömrəli Konvensiyası əsasında milli qanunvericilikdə qadın işçilərin hüquqlarına dair videoçarx hazırlanıb.

Əmək münasibətləri sahəsində analığın mühafizəsi, qadın işçilər üçün nəzərdə tutulan güzəşt, imtiyaz və əlavə təminatlara dair hazırlanmış ilk videoçarxı təqdim edirik.

Analığın mühafizəsi – qadın işçiyə güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsinə, onun hamiləliyinin qorunmasına, övladının, özünün sağlamlığı və təhlükəsizliyinin,  rifahının təmin edilməsinə xidmət edir.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı