Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən yararlanmış, qiymətləndirmə zamanı biznes planları uğurlu hesab edilən qadın sahibkarlara öz bizneslərini qurmaq üçün maliyyə dəstəyi (qrant) göstərilib.

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən ayrılmış qrant vəsaiti hesabına Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadınlar əl işlərinin satışı, gözəllik salonunun təşkili, peşəyönümlü əl işləri kursunun açılması sahələrində öz bizneslərinə başlayıblar.

Xaçmaz KOB İnkişaf Mərkəzi qadın sahibkarlara təlim və məsləhət xidmətləri ilə yanaşı, onların biznes planlarının hazırlanması və maliyyələşdirilməsi üçün müvafiq qurumlara yönləndirilməsi sahəsində də dəstək göstərib. Mərkəz bundan sonra da bu qadın sahibkarların biznesinin inkişaf etdirilməsi və fəaliyyətlərinin davamlılığının təmin olunması üçün təlim və məsləhət xidmətlərini davam etdirəcəkdir.

Qeyd: 2020-ci ilin fevralından fəaliyyətə başlayan Xaçmaz KOB İnkişaf Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonu üzrə mikro, kiçik və orta sahibkarlara və biznesə başlamaq istəyənlərə, o cümlədən startaplara, ailə biznesinə, əlillərə, gənclərə və qadınlara biznesyönümlü təlim və seminarların təşkili, məsləhət xidmətləri, məlumatlandırma, təcrübə proqramlarında iştirak kimi istiqamətlərdə ödənişsiz dəstək və xidmətlər göstərir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı