Qadın sahibkarların biznes və məşğulluqda artan rolu müzakirə edilib

Qlobal səviyyədə və ölkəmizdə qadın sahibkarlığın iqtisadiyyatda rolu artmaqdadır. Qadınlar kiçik biznes yaratmağa və özünüməşğulluğa daha çox maraq göstərirlər. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı layihəsi” çərçivəsində təşkil etdiyi “Qadınların milli biznes gündəliyi və koalisiyaların yaradılması” mövzusunda tədbirdə qadınların iqtisadiyyatda, sahibkarlıq və məşğulluqda artan roluna dair fikir mübadiləsi aparılıb. 

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyətində qadın sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Bildirilib ki, KOBİA tərəfindən qadın sahibkarlığın inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Agentlik qadın sahibkarlığının dəstəklənməsi istiqamətində ən yaxşı beynəlxalq təcrübənin araşdırılmasına, eləcə də xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verir.

“Yaxın zamanlarda KOBİA ilə USAID arasında mikro, kiçik və orta biznesin gücləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanacaq. Bu əməkdaşlıq KOB-lara müvafiq təlimlərin keçirilməsi ilə onların təşkilati potensialının və biznesin idarə edilməsi bacarıqlarının artırılması, KOB-ların maliyyə resurslarına çıxışının asanlaşdırılması, tədris və şəbəkələşmə tədbirlərinin təşkili ilə biznes assosiasiyaların potensialının qurulması məsələlərini əhatə edir. Əməkdaşlıq çərçivəsində qadın sahibkarlığının inkişafına da xüsusi diqqət yetiriləcəkdir. Qadın sahibkarlığın inkişafı dövlət və özəl sektorun, ictimai təşkilatların və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində daha effektiv nəticələr verə bilər”. 

Related posts

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı