Qadın sahibkarlarla görüş keçirilib

“Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin  üzvlərinə Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.

Sahibkarlığın İnkişafı Fondunda (SİF) “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin  üzvləri ilə görüş keçirilib.

Görüş çərçivəsində sahibkarlara SİF-in fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə layihə həyata keçirmək istəyən sahibkarlara zəmanət və subsidiya mexanizminə müraciət qaydası izah edilib. Həmçinin, sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.

Related posts

İndiyədək Fondun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib – Foto

AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib

“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb